TOP 10

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: "Rəsmi şəkildə bəyan edirəm ki..."

Futbol
Tarix: 2019-06-17 13:00

"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və  "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib. Sport24.az xəbər verir ki, Xəlilov açıqlamasında bildirib ki, yayılan informasiya yanlışdır: “İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiniz! Mən də bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”.

 

Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı tənqidi reportaja görə təzyiq göstərilməsi və işindən uzaqlaşdırıldığı haqda məlumat yayılıb. (Unikal.org)

 

 

 

 

 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB