TOP 10

“Qəbələ” Polşada 9-cu oldu - kuboku millimizə het-trik etmiş futbolçu təqdim etdi

Futbol
Tarix: 2019-06-16 23:18

Polşada 11 yaşadək futbolçular arasında təşkil olunan “Murapol Cup” beynəlxalq turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, turnirin ilk gününün nəticələrinə əsasən, “Qəbələ” son yarış günündə 9-12-ci yerlər uğrunda mübarizə aparıb.


Hər iki matçda “Qəbələ”nin rəqibləri yerli komandalar olub. Əvvəlcə "Rux" üzərində penaltilərlə qələbə qazandıqdan (əsas vaxt 1:1, qol: Ayxan Əmiraslanlı) sonra "Qurnik"i 2:1 hesabı ilə (qollar: Həzrət Səmədov) üstələyən Azərbaycan təmsilçisi yarışı 9-cu pillədə başa vurub.


“Qəbələ” kuboka, baş məşqçi Şəhruz Mustafayev və futbolçu Rəsul Mirzəyev xüsusi mükafata Polşa futbolunun məşhur simaları Miroslav Şimkovyak və Tomaş Frankovskinin təqdimatında layiq görülüblər. Sonuncu millimizi Varşavada 8:0 hesabıyla məğlub etdikləri rəsmi matçda het-trik edərək ümumilikdə 4 qol vurub. 


Turnirin qalibi adını Kiyev "Dinamo"su qazanıb. Ukraynalılar əsas vaxtı 1:1 hesabı ilə başa çatan finalda "ÇFR Kluj"u (Rumıniya) penalti seriyasında məğlub edib. 3-cü pilləni yerli "Yagelloniya" tutub.

22 Iyul 2019
21 Iyul 2019
B.eÇ.aÇC.aCŞB