TOP 10

ATV Fikrətoğlunu hədəf seçdi...əsl hədəf ATV-dir!

Futbol
Tarix: 2019-06-16 21:22

İlkin Fikrətoğlu. Elə insanlar var ki, “Onunla çiyin-çiyinə işləmişəm” demək özlüyündə bir qürur mənbəyidir. İlkin Fikrətoğlu. Məclislər kralı, ən duzlu əhvalatların iştirakçısı. İlkin Fikrətoğlu. Kutaisidə “razborka” etdiyim an, bir anlıq belə yanımdan çəkilməyən dost!


Hə, indi İlkin təzyiq altındadır. “Facebook” da virtual qəhrəmanlarının “parlaq statusları” ilə partlayır. “İlkin, yanındayam”, “İlkin, arxandayam”, “İlkin, səninləyəm” deyən virtual qəhrəmanların 99 faizi nəyin yaşandığından bixəbərdilər e, Bİ-XƏ-BƏR! 


...Nə isə, ənənəvi olaraq bu virtual qoçaqlara bir quş (söhbət PEŞƏKAR, yəni yalnız bir media qurumunda çalışan PEŞƏKAR jurnalistlərə şamil olunmur). Mətləbə keçək. Sport24.az olaraq, dedi-qodu, şayiələrdən uzaq olduq, məsələni araşdırdıq. Məlum oldu ki...


AFFA hazırda qlobal problemlə məşğuldu: yaşanan uğursuzluğa çarə tapmaq lazımdı. Assosiasiya rəhbərliyi nədə səhv etdiyini araşdırır. Fikrətoğlunun reportajı isə yenilik deyil. Məgər millinin “sükanı arxası”nda Qurban Qurbanov dayandığı vaxt İlkin millini, baş məşqçisini, assosiasiya rəhbərliyini tənqid etməmişdi?! Et-miş-di!

 

Bəs nə dəyişdi?

 

ATV kanalı rəhbərlik səviyyəsində özünü AFFA-ya sadiq kanal obrazında göstərmək istəyirsə, buna kim nə etsin???


Hə, daha bir məqam. Nəyə görə, İlkin bu reportajı hazırlayanda kanal rəhbərliyi qarşısını almırdı? Kanal rəhbərliyi yayımlanan reportajdan bixəbərdisə, bunun məsuliyyəti kimdədi? Mən - mənəm, Ceyhun Əliyev, həmin Ceyhun ki, 157 yerdən gəlir mənbəyi yoxdu, mən, Ceyhun Əliyev ki, iki yerdən maaş, 37 yerdən qonorar almıram, saytımda gedən hər bir yazıya başımla cavabdehəm. Müəllifin də aidiyyatı yoxdu ha! Əgər ATV-də İlkin Fikrətoğlunun müəllif reportajı gedibsə və həmin material kanalın mövqeyi ilə üst-üstə düşmürsə, bunun məsuliyyəti kanal rəhbərliyindədi! Məhz onlarda!!!

 

 

CEYHUN ƏLİYEV

 

P.S. Ciddi olun, cənablar, ciddi və azacıq da olsun peşəkar. 
 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB