TOP 10

Bakıda Avroliqanı qazandı, "Yuventus"un baş məşqçisi oldu

Dünya Futbolu
Tarix: 2019-06-16 17:36

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, klubun rəsmi saytı bu postun "Çelsi"dən ayrılan Mauritsio Sarriyə tapşırıldığını rəsmən açıqlayıb. O, bu postda həmyerisi Massimiliano Alleqrini əvəzləyib: 

 

“Maurisio Sarri “Yuventus”un yeni baş məşqçisi oldu. Xoş gəldin, Sarri” sözlərinin yer aldığı xəbərdə tərəflər arasında neçə illik müqavilə imzalandığı bildirilməyib.

 

Təyinatı xeyli vaxtdı gözlənilən təcrübəli italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. İddiaya görə, "Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün qarşı tərəfə 5 milyon avro təzminat ödəyəcək.  60 yaşlı mütəxəssis karyerası ərzində “Napoli”, “Empoli”, “Alessandria”, “Sorrento”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Peskara” kimi klubları da çalışdırıb.

 

Xatırladaq ki, Sarri "Çelsi"də son matçı ötən ayın 29-da Bakıda  keçirilən Avroliqanın finalında "Arsenal"ı 4:1 hesabıyla məğlub edərək Kuboku qazandığı görüş olub.Sarri ilə vidalaşmaq məcburiyyətində qalan “Çelsi”nin yeni baş məşqçisinin isə Frenk Lempard olması gözlənilir.

 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB