TOP 10

"Səbail" baxışda olan futbolçunu Bolqarıstana toplanışa apara bilməyəcək - sənəd probleminə görə

Futbol
Tarix: 2019-06-16 17:10

"Səbail" icarədən qayıdan gənc futbolçusu Murtuz Abakarovu Avroliqaya hazırlığın əsəas mərhələsini keçəcəyi Bolqarıstana apara bilməyəcək. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında 21 yaşlı mərkəz yarımmüdafiəçisiaqnin sənəd probleminin olduğunu bildirib: "Bildiyiniz kimi, Murtuz "Qarabağ"la yoxlama matçında oynadı, start heyətində meydana çıxdı. Düzdür, nəsə ayağında ağrı hiss etdi və sonda meydanı axsayaraq tərk etdi. Bizimlə müqaviləsi olan futbolçudu, oynaması üçün qış fasiləsində "Şüvəlan"a icarəyə vermişdik. İndi icarədən qayıdıb və bizdə baxışdadı. Hərçənd, "Səbail"lə müqaviləsi olsa da. Ancaq Abakarov sənəd problemiylə bağlı bizimlə Bolqarıstana təlim-məşq toplanışına yollana bilməyəcək. Bu, bizim üçün pis xəbər oldu. Pasportu dəyişilməlidi. Gənc futbolçudu, diqqətsizlik edib, pasportunu vaxtında dəyişməyib. Murtuza baxmaq istəyirdim ki, bizə növbəti mövsümdə 21 yaş limitində lazım olacaq, yoxsa yenə icarəyə verəcəyik. Bolqarıstandan qayıdandan sonra ona yenidən baxacağıq və haqqında yekun qərar verəcəyik".

 

Onu da bildirək ki, Hacıyev növbəti mövsümdə 21 yaş limitində ötən çempionatından xidmətlərindən ara-sıra istifadə etdiyi mərkəz yarımmüdafiəçilər Elçin Rəhimli ilə Ədilxan Qarəhmədovu və yeni transfer olunan sol cinah müdafiəçisi Turan Manafova ümid bəsləyir. 

 

 

MEHMAN SÜLEYMANOV

15 Noyabr 2019
14 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB