TOP 10

Dünya çempionatının ən yaxşıları açıqlandı

Dünya Futbolu
Tarix: 2019-06-16 15:19

20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatının ən yaxşıları məlum olub. Sport24.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu Cənubi Koreya millisinin və “Valensiya”nın üzvü Li Kanqin seçilib. Ən yaxşı qapıçı isə “Real”ın və Ukrayna millisinin qapıçısı Andrey Lunin olub.


Turnirin bombardiri isə Norveçdən Erlinq Haland olub. O, 9 qol vuraraq, “qızıl buts” mükafatını qazanıb.


20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatının qalibi finalda Cənubi Koreyanı 3:1 hesabıyla məğlub edən Ukrayna yığması olub.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB