TOP 10

Mirabdulla düyünü: son nöqtə hələ qoyulmayıb

Futbol
Tarix: 2019-06-16 00:00

Bu gün Türkiyə toplanışına yollanan “Neftçi” Topuk yaylası bölgəsinə çatıb. Sport24.az xəbər verir ki, səfərə yollanan komandanın heyətində Mirabdulla Abbasov yoxdu.

 

Artıq xeyli müddətdir ki, gənc hücumçunun “ağ-qaralar”dan ayrılmaq istəməsi barədə söhbətlər gəzir. Görünən budur ki, hələ 1 illik müqaviləylə “Neftçi”yə bağlı olan futbolçu vitse-çempionların düşərgəsini tərk etməyə yaxındı.

 

Doğrudu, klubdan saytımıza verilən məlumatda məsələyə yaxın günlərdə tam aydınlıq gələcəyi bildirildi. Lakin Abbasovun Türkiyəyə yollanmaması müəyyən mətləblərdən xəbər verir.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB