TOP 10

“Qəbələ” yeni transferlərini rəsmən açıqladı - FOTO

Futbol
Tarix: 2019-06-15 21:14

“Qəbələ” 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib. Sport24.az xəbər verir ki, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2012/13 mövsümündə də “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var. Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

Transfer çalışmalarını davam etdirən “Qəbələ” bu gün heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” Sadiq Quliyevlə də 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 24 yaşlı müdafiəçi 2020-ci ilə qədər bu komandanın formasını geyinəcək.

Sadiqin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib. Müdafiəçi bu müddətdə 13 çempionat, 3 kubok və 1 avrokubok matçında iştirak edib. “Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində çıxış edib. O, Premyer Liqada ümumilikdə 74 oyun keçirib. Müdafiəçi Azərbaycanın U-17, U-19, U-21 və U-23 yığmalarının da heyətində forma geyinib.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB