TOP 10

“Qarabağ” “Səbail”ə qalib gəldi

Futbol
Tarix: 2019-06-15 19:25

Növbəti mövsümə hələlik Bakıda hazırlaşan “Qarabağ” və “Səbail” klubları bu gün yoxlama oyununda üz-üzə gəlib. Sport24.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşmada qapılara bütövlükdə dörd qol vurulub.
 

Hər biri 30 dəqiqədən ibarət olan iki hissənin sonunda “Qarabağ” 3:1 hesablı qələbəyə sevinib.


Ağdam klubunun heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənib. “Səbail”in təsəlli qolunu isə Fəhmin Muradbəyli vurub.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB