TOP 10

"Qəbələ" 3 legioner transfer edəcək: "Adeniyiyə təklfilər var"

Futbol
Tarix: 2019-06-15 17:00

"Qəbələ" ötən mövsümkü heyətindəli legionerlərdən yalnız birini saxlayacaq. Klubun baş meneceri Zaur Əzizov Sport24.az-a açıqlamasında gürcü cinah yarımmüdafiəçisi Davit Volkovun qalacağının dəqiq olduğunu bildirib.

 

Əzizov qış fasiləsində transfer olan bu legionerin hələ ilin sonunadək olan müqaviləsiylə xidmətlərindən yararlanmaqda davam edəcəklərini söyləyib. Ancaq nigeriyalı hücumçu, səhhəti tam qaydasına düşən Ceyms Adeniyi ilə bağlı bunu demək olmaz. Əzizovu dinləyək: "Adeniyiyə təkliflər var. Komandamızda qalıb-qalmayacağı hələ məlum deyil. Üç yeni legioner transfer etməyi nəzərdə tutmuşuq. Bu, Adeniyinin gedib-getməməsindən asılı olmayacaq".

 

Qeyd edək ki, ötən yay Albaniyanın "Skenderbeu" klubundan transfer olunan, "Qəbələ"ylə hələ 2 illik müqaviləsi qalan Adeniyinin sağlıq durumunda problemi olduğundan Azərbaycan Kubokunun final matçının keçirildiyi Naxçıvana heç aparılmamışdı. 

 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB