TOP 10

"Qəbələ" Boluya yollanacaq - ilk rəqib Avroliqa təmsilçisidi

Futbol
Tarix: 2019-06-15 15:56

"Qəbələ" Avropa Liqasına hazırlığın əsas mərhələsini Türkiyədə keçirəcək. Sport24.az xəbər verir ki, Sənan Qurbanovun komandası iyulun 4-dən 18-dək Bolu şəhərində təlim-məşq toplanışında olacaq.

 

Bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdıran əyalət təmsilçisinin ilk rəqibi də bəllidi. Belə ki, "Qəbələ" iyulun 7-də Ukraynanın "Mariupol" klubuyla qarşılaşacaq. Premyer Liqasında son mövsümü qəbələlilər kimi 4-cü yerdə bitirən eynişəhərin təmsilçisi Avroliqada çıxış edəcək. 

 

Xatırladaq ki, "Qəbələ" ölkə Kubokunun qalibi olduğundan Avroliqada mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq. Komanda iyunun 17-də Qəbələdə bir araya gələcək. 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB