TOP 10

İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

Dünya Futbolu
Tarix: 2019-06-15 14:00

İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso Montella ilə bağlı qərarını açıqlayıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Fiorentina”nın yeni prezidenti Rokko Komosso, italiyalı mütəxəssisin baş məşqçi postunda qalacağını bildirib.


2012-2015-ci illərdə “Fiorentina”nı çalışdıran 44 yaşlı mütəxəssis, apreldə yenidən komandanın “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında “Fiorentina” son mövsümü 16-cı pillədə tamamlayıb.


Yeri gəlmişkən, “Fiorentina” ilk transferini də rəsmiləşdirib. A Seriyası təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunun müdafiəçisi Aleksa Terziçi heyətinə qatıb. 19 yaşlı serb futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.

16 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB