TOP 10

UEFA prezidenti: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

Futbol
Tarix: 2019-06-15 12:26

UEFA prezidenti Aleksandr Çeferin mayın 29-da Bakıda “Çelsi” və “Arsenal” arasında keçirilən Avropa Liqasının final matçı ilə bağlı yenidən açıqlama verib. Sport24.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri bu qarşılaşmanın ölkəmizdə keçirilməsinə olan etirazlar haqqında danışıb:

 

“İngiltərə klubları inanılmazdır, onların olduğu hər yerdə narazılıq var. Bakıda da insanlar yaşayır. Onlar vaxt fərqinə görə matça saat 23:00-da baxırdılar, amma heç kim buna etiraz etmirdi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim etiraz etməyəcəkdi".

 

Çeferin final matçını Bakıda keçirməklə bağlı iki il əvvəl qərarə gəldiklərini söyləyib: "Orda 70 min nəfərlik müasir stadion var. İngiltərədə isə bundan daha böyük cəmi bir stadion var. Biz futbolu sadəcə İngiltərədə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik”.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB