TOP 10

"Sabah" yenə vinger axtarışındadı: "Ruslan təcrübəsi, Kevin işgüzarlığı ilə bizə maraqlı gəldi, Cavidi isə hələ..."

Futbol
Tarix: 2019-06-15 11:00

"Komandamızda heyətin komplektləşdirilməsi prosesi davam edir. Hər gün legioner axtarışındayıq və bu yöndə transferlər davam edəcək". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Elşad Əhmədov bildirib.

 

Premyer Liqamızda növbəti mövsümdə medallara iddialı olacaq bu komanda artıq 3 transferə imza atıb. Bunlar "Neftçi"nin kapitanı, mərkəz müdafiəçisi Ruslan Abışov və cinah yarımmüdafiəçiləri - ötən mövsümü "Sumqayıt"la "Səbail"də keçirən Cavid Tağıyevlə fransalı Kevin Kubembadı.

 

"Sabah"ın üçün yay fasiləsində vunger transferi prioritet olsa da, Əhmədovun sözlərinə görə, bu mövqeyə yenə oyunçu gətirilməsi nəzərdə tutulub: "Bu 3 yeni transfer maraq dairəmizdə olan futbolçular idilər, onları izləmişim. İnanıram ki, Ruslanın təcrübəsi komandamıza kömək edəcək. Kevin daha çox işgüzarlığı ilə bizim üçün maraqlı futbolçu kimi görünürdü və inşallah, bizə xeyri olacaq. Kubembanın ğzü də "Sabah"da inkişaf edər. Cavidi isə hələ "Qarabağ"da çıxış edən dövrdən izləyirəm. Topla yaxşı oynaya bilən futbolçudu. Çox güman ki, bizdə çıxışı "Sabah"a da, özünə də faydası olacaq. İki vinger almışıq, ancaq yenə də axtarışdayıq. Bu mövqeyə bir futbolçumuz - Elşən Abdullayev də var. İnşallah, növbəti mövsümə tam düzələr. Artıq fərdi məşqlərə başlayıb, biz isə iyunun 17-də hazırlığa start verəcəyik".

 

 

MEHMAN SÜLEYMANOV

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB