TOP 10

“Portu”nun futbolçusu Super Liqa klubunda

Dünya Futbolu
Tarix: 2019-06-15 09:30

Türkiyənin “Kasımpaşa” klubu ilk transferini həyata keçirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı müdafiəçi Xorxe Fernandeslə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı futbolçu “Portu”dan 1 illik icarəyə götürülüb. Amma “Kasımpaşa” gələn yay onun transfer hüquqlarını almaq şansı da qazanıb.

 

Portuqaliyanın gənclərdən ibarət yığma komandasında da çıxış etmiş müdafiəçi geridə qalan mövsümü icarə əsasında “Tondela”da keçirib.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB