TOP 10

“Milan” əfsanələrini qaytardı və vəzifə verdi

Dünya Futbolu
Tarix: 2019-06-14 20:00

İtaliyanın “Milan” klubuna yeni baş direktor və idman direktoru təyin olunub. Sport24.az xəbər verir ki, sözügedən klub bu iki postu keçmiş əfsanəvi futbolçularına tapşırıb.


Klubun rəsmi saytının yaydığı məlumata görə, Zvonimir Boban “Milan”a baş direktor təyin olunub. Paolo Maldini isə idman direktoru kimi fəaliyyət göstərəcək.


Boban 1992-ci ildən 2001-ci ilə qədər “Milan”da oynayıb. O, bu təyinatla əlaqədar FİFA-dakı işindən ayrılıb.


Maldini isə 1985-ci ildən 2009-cu ilədək “Milan”da çıxış edib və bu klubun əfsanələrindən biri hesab olunur.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB