TOP 10

Əhmədov legioneriylə vidalaşmalarının səbəbini açıqladı: "Gedib kimisə vuraraq, söyərək məcburi vərəqə almırdı ki..."

Futbol
Tarix: 2019-06-14 19:16

"Erik Ramosla müqaviləmizin müddəti qurtarmışdı. O, yaxşı, xarakterli, bizə lazımlı futbolçudu. Yaxşı da insandı, kluba uyğundu. Ancaq belə götürəndə, məşqçilər korpusuyla fikirləşdik ki, həmin mövqeyə yeni nəfəs lazımdı. Ola bilər ki, bu yerə gənclərdən kimisə hazırlayaq. Buna görə Ramosla bağlı belə plan cızaraq yeni müqavilə bağlamamaq qərarın verdik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın baş məşqçidi Elşad Əhmədov bildirib.

 

Onun sözlərinə görə, 32 yaşlı paraqvaylı dayaq yarımmüdafiəçisiylə yolların ayrılması intizamsızlıqla bağlı olmayıb: "Onun heç bir intizamsızlığı yox idi. Sarı vərəqələr başqa şeydi. Ramos çox xarakterli futbolçudu. Sarı vərəqələri oyun epizodları ilə bağlı idi. Geidb kimisə vuraraq, söyərək məcburi vərəqə almırdı ki...Ramosun mövqeyinə ola bilər ki, legioner də götürək, yerli futbolçu da. Daha çox öz akademiyamızdan kimisə cəlb etməyi fikirləşirik".

 

Xatırladaq ki, ölkəmizə 2-ci gəlişi ötən yay "Sabah"a olan Erik bunadək "Neftçi"də çıxış edərək onun heyətində Azərbaycan çempionu, ölkə kubokunun qalibi olmuşdu. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB