TOP 10

"Sabah"da yeni məşqçi - "Neftçi"də və millimizdə işləyib

Futbol
Tarix: 2019-06-14 17:00

"Sabah" yeni məşqçi təyinatını gerçəkləşdirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Elşad Əhmədov özünə yeni köməkçi götürüb.

 

Bu, ona yaxşı tanış olan gənc, perspektivli mütəxəssis Aleksandr Qrossdu. 26 yaşlı məşqçi bunadək "Neftçi"nin əvəzedici komandasında Əhmədovun köməkçisi olub. Onların yolu "İnter"də (hazırkı "Keşlə"də) də kəsişib.

 

Qross karyerasını zədə üzündən erkən bitirməli olub. Sol cinah müdafiəçisi "İnter"də çıxışıyla tanınsa da, "Sumqayıt"la "Neftçi"nin də fomrasını heyinib. O, aşağı yaş qruplardan ibarət yığmalarımızda da çıxış edib. Aleksandr "İnter"in əsas komandasıyla  Azərbaycan Kubokunun finalçısı, əvəzediciləriylə çempionatın gümüş və bürünc medalçısı olub.

 

Qross "Neftçi"nin əvəzedici komandasının məşqçisi işləyib ki, 2017-ci ilin sonunda  U-19 yığmasına Vüqar Məmməd baş məşqçi təyin olunduqdan ora dəvət edilərək çalışıb. Bu üzdən "ağ-qaralar" Aleksandrla müqaviləsini pozmalı olub. 

 

Qeyd edək ki, Əhmədovun hələ I Divizionda "Xəzər"də də köməkçisi olmuş Rövşən Babayev mövsüm bitəndən sonra "Sabah"ın əvəzedici komandasına baş məşqçi təyin olunduqdan sonra vakant post yaranmışdı.  

 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB