TOP 10

Premyer Liqa klubundan 20 milyonluq transfer

Dünya Futbolu
Tarix: 2019-06-14 14:30

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçuyla gücləndirib. Sport24.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Standard” klubundan Mussa Ceneponu transfer edib.

 

20 yaşlı cinah yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

 

Transferin detalları klub tərəfindən açıqlamasa da, İngiltərə mətbuatı “Sauthempton”un malili futbolçu üçün 20 milyon avro ödədiyini iddia edib.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB