TOP 10

Rauf Əliyev milli futbolçularımızı tənqid etdi: "Can qoyanlar heyətdə çox az idi"

Futbol
Tarix: 2019-06-14 12:21

"Bugünkü gündə milli komandamızın uğursuzluğunun səbəbi çox ola bilər. Özümə gəlincə, həmişə millidə oynamağa hazır olduğumu deyə bilərəm. "Qəbələ"də çıxışımla, ölkə Kubokunu götürməklə diqqət mərkəzində idim. Bu komandadan milliyə cəlb olunmalı hazır futbolçular var. Ancaq "Qəbələ"dən son matçlara bir futbolçu dəvət olundu". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev bildirib. 

 

Bu yay "Qəbələ"dən "Neftçi"yə keçən 30 yaşlı hücumçu yığmamızdakı problemlərə çox üzüldüyünü diqqətə çatdırıb:  "Azdan-çoxdan adamı tanıyırlar, hara gedirsən, hamı soruşur ki, niyə belə olur. Adama çox təsir edir. Niyə futbolumuz bu gündədi, adam bu sözü eşidəndə çox utanır. Özümüz də əvvəllər millidə böyük ölkələrə qarşı oynamışıq. Ən azından canımızı qoyurduq, vuruşurduq. Uduzsaq da, hesab belə böyük olmurdu. Azərbaycanda güclü yığmalara qarşı yeri gələndə başabaş oynamışıq, xal da aldığımız vaxtlar olub. Belə bir fikir vardı ki, hər seçmə tsikldə kimisə büdrədəcəyik, loru dildə desək, bədbəxt edəcəyik. Elə də olurdu. Kimlərəsə başağrısı olmuşuq, xal almışıq. Əvvəl belə olub, indisə fərqlidi. Slovakiyaya evdə böyük hesabla uduzmaq çox acınacaqlıdı". 

 

Millimizin AVRO-2020-nin seçmə mərhələsində son matçlarda evdəki məğlubiyyətlərinə toxunan təcrübəli hücumçu futbolçuları tənqid edib: "Hamıya şamil edə bilmərəm, elə futbolçularımız var ki, milli üçün həqiqətən yanır, istəyi böyükdü. Ancaq elələri də var ki, baxırsan o futbolçular üçün Azərbaycan millsində çıxış etmək yalnız reklamdı. Hansı kluba keçəcəksə, reklam oluna bilər ki, millinin futbolçusuyam, bununla da yaxşı müqavilə bağlayım. Milidən bunun üçün istifadə edirlər. Onlar üçün maraqlı deyil ki, sabah millidə nə olacaq. Məqsədi, fikri, əsas işi odur ki, Azərbaycan millisinin heyətində yer alım. Ancaq onun üçün yanmır, canını qoymur. Meydanda elə anlar olur ki, mubarizədə başın da partlaya bilər. Ancaq özünü düşünən həmin milli futbolçular fikirləşirlər ki, nəyimə lazımdı başımı partladım. Canını, hər yerə başını qoyan futbolçu başqadı. Hesabda geri düşəndə hesabı bərabərlşdirmək üçün yanmır. Bunu fikirləşən futbolçu tam başqadı. Milli üçün canını qoyan futbolçularımız heyətdə çox az idi".

 

MEHMAN SÜLEYMANOV

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB