TOP 10

"Səbail"in ilk legioner transferi - bu gün Bakıya müqavilə imzalamağa gəlir

Futbol
Tarix: 2019-06-14 10:16

"Səbail" yay fasiləsində ilk legioner transferini həyata keçirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək bu komanda makedoniyalı qapıçı Daniel Bojinovskinin keçidini həll edib. 30 yaşlı legioner bu gün Bakıya gələrək "dənizçilər"lə 1 illik müqavilə imzalayacaq.

 

1,84 metr boya malik Danielin bunadək karyerası vətəninə bağlı olub. O, ölkəsinin ən tanınmış, titullu klublarından sayılan "Rabotniçki"nin 2014-cü ildən üzvü olub. Ancaq son mövsüm Skopye təmsilçisində çıxışı fərqli alınıb. Belə ki, qış fasiləsindən sonra ehtiyata düşərək əsas heyətdə yerini gənc həmkarına verməli olan Bojinovski nəticədə az oynayıb. Sonda "Rabotniçki" onunla müqaviləsini qarşılıqlı razılıqla pozub. 

 

Danelin ilk növbədə təcrübəsinə güvənərək cəlb edən "Səbail"in bu transferində maddi amilllər də həlledici rol oynayıb. Belə ki, Bojinovskinin keçidi Premyer Liqamızın son bürünc medalçısının büdcəsinə uyğundu və bu legioner onun maddi təklifini qəbul edərək istədiyi pula gəlir. 

 

Beləliklə, "Səbail"də qapıçıların sayı 4-ə çatır. Bunlardan ikisi yerlilər - gənc Elxan Əhmədovla yay fasiləsində "Zirə"dən gələn təcrübəli Kamal Bayramovdu. Başa çatan müqaviləsi uzadılan ukraynalı qapıçı Aleksandr Rıbka isə ağır zədə üzündən əməliyyat olunduğundan ən azı 5-6 aylığa sıradan çıxıb.

 

Qeyd edək ki, "Səbail"in mövsümlərarası fasilədə digər transferləri cinah müdafiəçiləri - təcrübəli Ürfan Abbasovla gənc Turan Manafovdu.

 

 

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB