TOP 10

Premyer Liqa klubundan 22 milyonluq transfer

Dünya Futbolu
Tarix: 2019-06-14 10:31

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Brügge” klubunun hücumçusu Uesli Moraeşi transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər yaxın günlərdə rəsmi müqaviləyə imza atacaqlar.


İngiltərə mətbuatının yazdığına görə, “Aston Villa” bu transferə görə 22 milyon funt-sterlinqindən keçib.


Uesli geridə qalan mövsümdə Belçika çempionatında 17 qola imza atıb. Braziliyalı forvard 2016-cı ildən “Brügge”nin şərəfini qoruyurdu. O, 2015/16 mövsümündə Slovakiyanın “Trençin” klubunda da çıxış edib.

15 Iyul 2019
14 Iyul 2019
B.eÇ.aÇC.aCŞB