TOP 10

Bundesliqa klubundan yeni transfer

Dünya Futbolu
Tarix: 2019-06-14 09:30

Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Monako” klubunun müdafiəçisi Ronael Pyer-Qabrieli heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədərdi. Transferin digər detalları barədə məlumat verilmir.


“Sent-Etyen”in yetirməsi olan fransalı futbolçu, 2018-ci ildən “Monako”da çıxış edirdi.

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB