TOP 10

Millimizdən Skopyedə heç-heçə

Futbol
Tarix: 2019-06-13 16:23

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesablı heç-heçəylə başa çatıb. Azərbaycan millisinin heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.

 

Şimali Makedoniyanın U-16 komandası ilə dünən keçirilən yoxlama oyununda isə Azərbaycan millisi 1:3 hesabıyla məğlub olmuşdu.

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB