TOP 10

"Real"ın yeni transferi Azərbaycanda medalçı olub - FOTOLAR

Futbol
Tarix: 2019-06-13 15:16

Madrid "Real"ının yeni transferi Luka Yoviç Azərbaycanda gümüş medalçı olub. Sport24.az xəbər verir ki, bu, 2012-ci ölkəmizdə keçirilən futbol turnirində reallaşıb. 

 

Həmin vaxt ənənəvi keçirilən "Gabala Cup" turnirinin ilk ilində iştirakçılar arasında Yoviçin də heyətində yer aldığı Serbiya U-15-i də olur. Onda serblər finaladək irəliləyərək yalnz həlledici matçda "Qalatasaray"a uduzur. Luka bu matçda qol da vursa da, komandasına kömək olmur və uduzaraq 2-ci yeri tuturlar. Matçdan sonra "Qəbələ"nin o vaxtkı vitse-prezidenti, hazırkı prezidenti Fariz Nəcəfov, AFFA-nın baş katibi Elxan Məmmədov "Real"ın gələcək transferinə diplom, kubok təqdim edirlər. 

 

Xatırladaq ki, həmin turnirdə ölkəmizdən "Qəbələ"ylə "Qarabağ", habelə, "Feyenoord" (Macarıstan), "Levante", "Vilyarreal" (hər ikisi İspaniya), "Brondbü" (Danimarka) iştirak edib.

 

 

 

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB