TOP 10

Ramil Şeydayev klubunu dəyişir

Futbol
Tarix: 2019-06-13 15:00

Rusiyanın "Krılya Sovetov" klubu ilə müqaviləsi başa çatan Ramil Şeydayev gələcək karyerası ilə bağlı qərar verməyib. Sport24.az xəbər verir ki, rusiyalı həmkarlarımız 23 yaşlı hücumçusunun Samara klubundan ayrılmaq ehtimalı olduğunu yazır.

 

Şeydayevin Premyer Liqanın digər klubları ilə danışıqlar apardığı bildirilir. Ramilin növbəti mövsüm də Rusiya Premyer Liqasında çıxış edəcəyi dəqiqdir. Daha öncə onun Moskva MOİK-inin transfer hədəfində olduğu yazılmışdı.

 

Ramil isə millimizin AVRO-2020-nin  seçmə mərhələsində Slovakiyaya 1:5 hesabı ilə uduzduğu oyundan sonra "Krılya Sovetov"dakı gələcəyi barədə qərarlı olmadığını bildirib. 

 

Qeyd edək ki, Şeydayev ötən mövsüm çıxış etdiyi "Krılya Sovetov"da 18 oyuna 4 qol vurub.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB