TOP 10

Jezniçak "Qarabağ"dan yeni müqavilə təklifi gözləmirmiş: "Həmyerlilərimizin çoxu Azərbaycanın üçüncü dünya olduğunu fikirləşir..."

Futbol
Tarix: 2019-06-13 14:01

"Qarabağ"ın yollarını ayırdığı polşalı futbolçu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, 32 yaşlı müdafiəçi Ağdam klubundan ayrıldıqdan sonra sabiq komandası "Legiya"ya qayıtmaq istədiyini, ancaq bunun alınmadığını deyib: "Ümid edirdim ki, bəlkə, "Legiya"ya qayıdaram. Ancaq onların bunu istəmədiyi görünür. Müxtəlif yolla əlaqə qurmağa çalışsam da, reaksiya verilmədi. "Legiya"da oynadığım vaxt orada idman direktoru olmuş Marek Yojvyakın tövsiyəsiylə "Visla"nı seçdim".

 

Plotsk "Visla"sı ilə müqavilə bağlayan Jezniçak Azərbaycanda oynadığı vaxtlardan danışıb: "Qarabağ"da əla iki il keçirmişəm. Oranın insanları barədə mənfi sözlər deyə bilmərəm. Azərbaycanın yaxşı futbolu var. İki il ərzində iki dəfə çempion oldum, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq. Bakıda gözlədiyimdən də yaxşı mənzərə ilə qarşılaşdım. Yeni mədəniyyətlə tanış oldum, gözəl Bakını gördüm. Polşalı insanların bu ölkə barədə düşüncəsini dəyişməyə nail oldum. Həmyerlilərimizin çoxu Azərbaycanın üçüncü dünya olduğunu fikirləşir. Reallıq isə fərqli mənzərəni göstərdi. İnsanlar əcnəbilərə qarşı mülayimdir. Fərqli dinlərə inancı olan insanlar narahatlıq vermir. Baş məşqçimiz müsəlman idi. Orada özümü çox rahat hiss etdim".

 

"Qarabağ"da az oynamasına toxunan Polşa millisinin sabiq üzvü bu klubda qalmaq istədiyini söyləyib: "Mövsüm başa çatdıqdan sonra kimə yeni müqavilə təklif ediləcəyi məlum olurdu. Buna görə də təklif gözləmirdim. Mövsümün əvvəlində çox oynayırdım, ancaq qışdan sonra fərqli oldu. Bunun da səbəbi limitdir. Meydana çıxan futbolçulardan biri mütləq 21 yaşadək yerli futbolçu olmalıdır. Mövsümün ikinci yarısında hücum xəttində əcnəbilər, müdafiədə də daha çox yerli futbolçulara şans verilirdi. Baş məşqçi hücumda legionerlərdən yararlanmaq istəyirdi. "Qarabağ"ın hücum xətti güclüdür. Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var. Orada özüm barədə yaxşı təəssürat oyada bilmişdim".

 

Jezniçak "Qarabağ"dan ayrılandan sonra karyerasını başa vurmaq istədiyini də deyib: "Qarabağ"dan ayrılan kimi Polşadan təkliflər gəldi. "Visla"dan isə mayın sonunda təklif aldım. Tərəddüd də edirdim. Avstraliyadan belə təklif almışdım. Karyeramı da bitirməyi düşünürdüm".

 

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB