TOP 10

“Sabah”ın hazırlıq planında dəyişiklik edildi

Futbol
Tarix: 2019-06-13 13:21

“Sabah”ın yay hazırlıq planında dəyişiklik edilib. Sport24.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, iyulun 23-də yollanacaq. 


Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.


Xatırladaq ki, komanda növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda baş tutacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB