TOP 10

“Futbola Qoşul” onlayn qeydiyyat proqramı ilə bağlı treninqlər

Futbol
Tarix: 2019-06-13 10:20

Hər il oluğu kimi cari mövsümün sonunda növbəti  - 2019-2020-ci il mövsümünə hazırlıq məqsədilə klublarla görüşlər keçiriləcək. Oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatı aparacaq şəxslərlə keçiriləcək görüşlərdə məqsəd onlayn qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları və sənədlər haqda məlumatlar veriləcək. Sport24.az xəbər verir ki, məlumat üçün bildiririk ki, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. 2016/17-ci il mövsümündən “Futbola Qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub. 2017/18 ci-il mövsümündən etibarən “Futbola Qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatdan özü keçir.

 

 

Treninqlərdə aşağıdakı məlumatlar veriləcək:

  1. Yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi,
  2. Oyunçu qeydiyyatının edilməsi,
  3. Oyunçu yenilənməsi,
  4. Transfer,
  5. İcarə proseslərinin edilməsi,
  6. Yeni lisenziya kartları haqda məlumat;
  7. Sənədlərin yüklənməsi;
  8. Lisenziya kartlarının çap edilməsinin dayandırılması;
  9.  AFFA QR Code Scanner-indən istifadə qaydaları və s.

 

İlkin qeydiyyatın başlama müddəti 01.06.2019, bitmə müddəti 31.07.2019-ci il tarixləridir.

 

 Klub və komandalar aşağıdakı qeydiyyat prosesini özləri aparacaq:

- yeni oyunçuların, məşqçilərin və inzibati heyətin qeydiyyatı

- icarələr

- transferlər

- heyət yenilənmələri

 

“Futbola Qoşul” proqramı hər bir üzv federasiyaya futbolla məşğul olan şəxslərin sistemli şəkildə qeydiyyatının aparılmasına kömək edir.

Bu sistemdə yalnız oyunların təşkili şöbələri tərəfindən yarışlara buraxılan klublar öz qeydiyyatını apara bilər.

 

Qeydiyyat qaydaları:

 

1.İlk olaraq (köhnə klublar – AFFA bazasında artıq mövcud olanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri kluba yarışlara qatılmaq hüququ tanıdıqdan sonra Qeydiyyat şöbəsinə registration@affa.az maili vasitəsi ilə bu klublar barəsində məlumat verməlidir;

 

2. Yeni (AFFA bazasında mövcud olmayanlar) klublar yarışlara qatılmaq üçün oyunların təşkili şöbələrinə müraciət etməlidir. Yarışların təşkili şöbələri kluba yarışlara qatılmaq hüququ tanıdıqdan sonra Klublara “Klub anketi"  təqdim edilməli və doldurulmalıdır. Son olaraq oyunların təşkili şöbələri doldurulmuş anketlə birgə Qeydiyyat şöbəsinin registration@affa.az mailinə bu klublar barəsində məlumat göndərməlidir;

 

3.”Futbola Qoşul” platformasında özünün qeydiyyatını aparmaq istəyən hər bir klub (yeni və ya köhnə) “Qeydiyyatdan keç” yerindən istifadə edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra müvafiq klub və klub üçün təqdim olunan rolu (rolları) seçib AFFA-ya təqdim etməlidir.

 

4.Müvafiq klub və rol (rollar) seçildikdən sonra Klub saytda göstərilən email registration@affa.az və ya (012) 404 27 66 telefon nömrəsindən istifadə edərək təsdiq üçün Qeydiyyat şöbəsinə məlumat verməlidirlər.

 

5.Yalnız Qeydiyyat şöbəsinin rolu (rolları) təsdiqindən sonra klub öz səhifəsinə daxil olaraq hər hansı qeydiyyat əməliyyatı apara bilər.

 

TREYNİNQ TARİXLƏRİ

SAAT

ŞƏHƏR

YER

13.06.2019

11:00

Bakı

AFFA Futbol Akademiyasının iclas zalı

17.06.2019

10:00

Sumqayıt

Kapital Bank Arena

18.06.2019

11:00

Quba

Quba Gənclər Mərkəzi

19.06.2019

11:00

Masallı

Masallı rayon Gənclər İdman İdarəsi

20.06.2019

11:00

Ağsu

Ağsu şəhər stadionu

21.06.2019

11:00

Gəncə

Kəpəz stadionu

22.06.2019

11:00

Qəbələ

Böyük Əmilli kənd stadionu

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB