TOP 10

Antirekordumuz deyil...

Futbol
Tarix: 2019-06-13 11:59

Azərbaycan milli komandası UEFA Millətlər Liqasını da nəzərə alsaq, 14-cü dəfə seçmə qrup mərhələsində çıxış edir. Sport24.az xəbər verir ki, millimizin 6-cı dəfədi yeni tsikldə ilk 3 matçdan sonra hesabında xal yoxdu. 

 

Bu dəfə xorvatiyalı baş məşqçi Nikola Yurçeviçlə startda ardıcıl 3 məğlubiyyət aldıq. Ancaq topların fərqinə baxsaq, bu, antirekord deyil. Məlumdu ki, Yurçeviçli millimiz 3 oyunda 3 qol vuraraq 10 top buraxıb. Bu yerdə onu qeyd edək ki, indiyədək heç vaxt ilk 3 matçın hamısında meydanı qolla tərk etməmişdik.

 

Millimiz AVRO-2000-nin seçmə mərhələsində Vaqif Sadıqovun baş məşqçiliyi dövründə ilk 3 görüşdə də uduzaraq topların fərqi -8 olub. Bu antirekordu 16 il sonra almaniyalı baş məşqçi Berrti Foqts təkrarladı - 3 oyunda 3 məğlubiyyət, topların fərqi -8. Yeri gəlmişkən, bu nəticələrdən sonra baş məşqçilərlə yollar ayrılmışdı. Millimiz AVRO-2004-də də Əsgər Abdullayevin rəhbərliyi altında indiki kimi ilk 3 qarşılaşmada yenilərək -7 saldoya malik idi. Ancaq onda ümumiyyətlə, qol vurmamışdıq.

 

Millimizin ən uğurlu startı isə son dünya çempionatının seçmə mərhələsində olub. Onda Robert Prosineçkinin baş məşqçisi olduğu millimiz 3 oyunda nəinki uduzmamış, 7 xal toplayaraq həmin vaxt son mundialın qaliibi Almaniya yığmasıyla qrupda şərikli lider idi. Millimiz UEFA Millətlər Liqasında debüt mövsümündə də, Qurban Qurbanovun baş məşqçiliyi vaxtında ilk 3 turdan sonra məğlubiyyət almasa da, xal DÇ-2018-nin startından az idi - 5. 

 

Qeyd edək ki, bu, millimizin evdə rəsmi matçda ən ağır məğlubiyyəti deyil. Belə nəticə AVRO-2008-nin seçmə mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Serbiya yığmasından 1:6 hesabıyla olub və baş məşqçi Şahin Diniyevin istefasıyla nəticələnib. 

 

Azərbaycan millisinin seçmə mərhələlərdə ilk 3 matçdakı nəticələri

 

AVRO-1996-nın seçmə mərhələsi

3 oyun - 3 məğlubiyyət, 0 xal, topların fərqi (0-6, -6)

 

DÇ-1998-nin seçmə mərhələsi

3 oyun, 1 qələbə, 2 məğlubiyyət, 3 xal, topların fərqi (1-8, -7)

 

AVRO-2000-nin seçmə mərhələsi

3 oyun - 3 məğlubiyyət, 0 xal, topların fərqi (1-9, -8)

 

DÇ-2002-nin-nin seçmə mərhələsi

3 oyun - 3 məğlubiyyət, 0 xal, topların fərqi (0-5, -5)

 

AVRO-2004-ün seçmə mərhələsi

3 oyun - 3 məğlubiyyət, 0 xal, topların fərqi (0-7, -7)

 

DÇ-2006-nın seçmə mərhələsi

3 oyun, 2 heç-heçə, 1 məğlubiyyət, 2 xal, topların fərqi (1-3, -2)

 

AVRO-2008-nin seçmə mərhələsi

3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, 1 xal, topların fərqi (1-5, -4)

 

DÇ-2010-un seçmə mərhələsi

3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, 1 xal, topların fərqi (0-2, -2)

 

AVRO-2012-nin seçmə mərhələsi

3 oyun, 1 qələbə, 2 məğlubiyyət, 3 xal, topların fərqi (2-9, -7)

 

DÇ-2014-ün seçmə mərhələsi

3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, 1 xal, topların fərqi (1-5, -4)

 

AVRO-2016-nın seçmə mərhələsi

3 oyun, 3 məğlubiyyət, 0 xal, topların fərqi (2-10, -8)

 

DÇ-2018-nin seçmə mərhələsi

3 oyun, 2 qələbə, 1 heç-heçə, 7 xal, topların fərqi (2-0, +2)

 

UEFA Millətlər Liqası

3 oyun, 1 qələbə, 2 heç-heçə, 5 xal, topların fərqi (4-1, +3)

 

AVRO-2020-nin seçmə mərhələsi

3 oyun, 3 məğlubiyyət, 0 xal, topların fərqi (3-10, -7)

14 Sentyabr 2019
13 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB