TOP 10

Ramil Şeydayev azarkeşlərdən üzr istədi: "Siz daha yaxşısına layiqsiniz"

Futbol
Tarix: 2019-06-12 22:50

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2012-nin seçmə mərhələsində Slovakiya yığmasına dünənki 1:5 hesablı məğlubiyyətlə bağlı "Facebook"dakı rəsmi səhifəsində paylaşım edib. Sport24.az xəbər verir ki, matçda ən yaxşı futbolçumuz, yeganə qolumuzun müəllifi olan gənc hücumçu azarkeşlər qarşısında üzrxahlıq edib: "Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

 

Ramil P.S kimi matçdan sonra müsahibəsində ağlamasına da toxunub: "Düzdür, çox üzülmüşdüm. amma "intervyu"da ağlamamışam, tərimi silirdim".

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB