TOP 10

Mbappe 100-ə çatdı

Dünya Futbolu
Tarix: 2019-06-12 17:23

Fransa millisi AÇ-2020-nin seçmə mərhələsinin 4-cü turunda Andorra yığmasını 4:0 hesabıyla məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Fransa millisinin üzvü Kilian Mbappe üçün əlamətdar olub. 

 

Belə ki, matçın 1-ci dəqiqəsində hesabı açan hücumçu, peşəkar futbolçu karyerasında 100-cü qolunu vurub. Mbappe, buna 20 yaş 173 günlüyündə nail olub.

 

“Barselona”nın hücumçusu Lionel Messi 100 qol səddinə 22 yaş 97 günlüyündə, “Yuventus”lu Kriştiano Ronaldo isə 22 yaş 356 günlüyündə çatıb.

 

Mbappe Fransa millisinin heyətində 33 oyunda 13 dəfə fərqlənib. 2015-2017-ci illər aralığında “Monako”da çıxış edən hücumçu 60 oyuna 27 qol, 2017-ci ildən formasını geyindiyi PSJ-də isə 87 oyuna 60 qol vurub.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB