TOP 10

Millimiz üçün zəif təsəlli

Futbol
Tarix: 2019-06-12 19:18

Azərbaycan millisi 1994-cü ildən çıxış etdiyi seçmə mərhələlərdə ilk dəfə startda 3 matçda meydanı qolsuz tərk etməyib. Sport24.az xəbər verir ki, Nikola Yurçeviçin yetirmələri Xorvatiya ilə "Maksimir" stadionunda (1:2), Macarıstan (1:3) və Slovakiya (1:5) ilə "Bakcell Arena"dakı qarşılaşmada rəqib qapısına yol tapıb. Bu 3 qoldan 2-nə hücumçu Ramil Şeydayev, 1-nə yarımmüdafiəçi Mahir Emreli imza atıb. 

 

Millimizin bunadək heç vaxt seçmə tsikdə ilk 3 görüşdə belə qol seriyası olmamışdı. Ən yaxşı halda baş məşqçilərdən almaniyalı Berti Foqtsla AVRO-2016-da, xorvatiyalı Robert Prosineçkiylə DÇ-2018-də və Quurban Qurbanovla UEFA Millətlər Liqasında ilk 3 matçın 2-də fərqlənmişdik. 

 

Millmizin bir seçmə mərhələdə ən uzun seriyası AVRO-2012-də olub. Onda Berti Foqtsun yetirmələri Türkiyə yığmasını Bakıda 1:0 hesabıyla məğlub etdiyi matçdan sonra ardıcıl 6 oyun meydanı qolsuz tərk etməyib - Belçikayla səfərdə 1:4, Qazaxıstanla səfərdə 1:2, Almaniyaya evdə 1:3,  Belçikayla evdə 1:1, Qazaxıstanla evdə 3:2. Maraqlıdı ki, Türkiyəylə başlayan seriya məhz Türkiyəylə bitir - səfərdə 0:1. 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB