TOP 10

Ramil Şeydayev üçün xüsusi qol - "Top-10"a düşdü

Futbol
Tarix: 2019-06-12 16:19

Ramil Şeydayev Azərbaycan millisində 3-cü qolunu vurub. Sport24.az xəbər verir ki, 23 yaşlı hücumçu bunu AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına "Bakcell Arena"da 1:5 hesabıyla uduzduğumuz matçda reallaşdırıb.

 

Bu qol Şeydayev üçün xüsusi olub. Çünki o, nəhayət evdə - Azərbaycanda da fərqlənib. Ramil bunadək Almaniya və Xorvatiya yığmalarının qapılana səfərdə yol tapmışdı.

 

Əslində, Şeydayevin 3 ildi şərəfini qoruduğu millimizdə qol hesabını məhz "Bakcell Arena"da açacağı gözlənilirdi. Çünki rəqib autsayder - San-Marino yığması idi. Ancaq 5:1 hesabıyla qlaib gəldiyimiz həmin matç həta rəqib də avtoqol etdi, ancaq bəxti gətirməyən Ramil meydanı qolsuz tərk etdi. Göründüyü kimi, Şeydayev güclü rəqibləri məyus edir.

 

Ramil millimizin cari seçmə mərhələdə bombardirinə çevrilib. Belə ki, 3 qol vurmuşuq və bunun 2-si məhz Şeydayevin hesabındadı. 

 

Ramil millimizin 27 illik tarixində bombardirləri siyahısında "Top-10"luğa düşməsə də, rəsmi oyunlarda qollara görə düşür. Seçmə mərhələlərdə qolları götürsək, siyahıya millimizin bombardiri Qurban Qurbanov yox, onun da rəhbərliyi altında oynamış Dmitri Nazarov başçılıq edir. Belə ki, bu yarımmüdafiəçi hesabına olan 8 qoldan 6-nı rəsmi oyunlarda imza atıb. Qurbanov isə 14 qoldan 5-ni seçmə mərhələdə vurub. Bunların hamısını Avropa çempionatının seçmə tsiklinə təsadüf etməsi diqqət çəkir. 

 

Qurbanovun bombardirləri siyahısında ən yaxın izləyicisi olan hücumçu Vaqif Cavadov 9 qoldan 5-də rəsmi matçlda fərqlənib. Elvin Məmmədovun millidə 8 qolu olsa da, cəmi 2 dəfə seçmə mərhələdə fərqlənib. Branimir Subaşiç 7 qoldan yalnız 1-i rəsmi qarşılaşmada reallaşdırıb. Rauf Əliyev isə 7 qoldan 4-nü seçmə mərhələdə vurub.

 

Millidə 6 qolu olan Zaur Tağızadə bunun yarısına rəsmi oyunlarda imza atıb. Millimizin ilk qolunun, ilk dublunun müəllifi, kapitanı olan Nazim Süleymanovla digər hücumçu Fərrux İsmayılov 5 qoldan 3-ü seçmə mərhələdə vurub. Vidadi Rzayev isə 5 qoldan cəmi 1-ni rəsmi qarşılaşmada imza atıb ki, bu da İsveçrə yığması üzərində Bakıda tarixi qələbə qazandırdığı matçdı. 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB