TOP 10

Millimiz Skopyedə 3 qola üzüldü

Futbol
Tarix: 2019-06-12 15:53

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Azərbaycan millisinin heyətində Ağadadaş Salyanski fərqlənib.


Bu komandalar arasında növbəti oyun iyunun 13-də, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB