TOP 10

"Səbail"də növbəti ayrılıq

Futbol
Tarix: 2019-06-12 13:00

"Səbail" daha bir legionerlə yollarını ayırır. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında nigeriyalı hücumçu Oke Akpovetanın da xidmətində maraqlı olmadıqlarını bildirib.

 

Gənc mütəxəssisin sözlərinə görə, bu, təkcə oyun keyfiyyətləri ilə bağlı deyil: "Akpoveta ilə bağlı hələ yekun qərar verməmişik. Ancaq belə götürəndə, bizimlə müqaviləsi bitib. Sərbəst futbolçudu, istədiyi kluba keçə bilər. Böyük ehtimalla, onu da saxlamayacağıq. Daha çox birdəfəlik getməsi realdı, nəinki qalması. Okenin sağlıq durumuyla bağlı söhbətimiz olub. Hücumçunun xroniki zədəsi var".

 

Qeyd edək ki, vaxtilə "Muğan"da çıxış etdikdən sonra ölkəmizə 2-ci dönüşü qış fasiləsində "Səbail"ə olan 28 yaşlı Akpoveta bu klubda da yalnız 1 qol vura bilib. 

 

 

MEHMAN SÜLEYMANOV

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB