TOP 10

Millimizin futbolçusu Azərbaycan xalqından üzr istədi: "İstəməzdik ki, azarkeşlər bizim haqda pis fikirləşsinlər"

Futbol
Tarix: 2019-06-12 09:20

"Açıq demək lazımdır ki, Slovakiya bizdən daha yüksək səviyyədə futbol oynayır. Onların futbolçuları "Top klublar"da çıxış edir. Düşünürdük ki, mübarizliyimizi göstərib, nəticə qazana bilərik. Təəssüflər olsun ki, alınmadı. Yenə də bu, böyükhesablı məğlubiyyətimizə bəhanə deyil. Doğurdan da çox pis olmuşuq". Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov AVRO-2020-nin seçmə mərhələsində Slovakiyaya evdə 1:5 hesablı məğlubiyyətdən sonra bildirib. 

 

Sol cinah müdafiəçisinin fikrincə, bu ağır məğlubiyyətdən sonra paltardəyişmə otağında heç kimin səsi çıxmırdı: "Bu nəticəyə görə bütün xalqımızdan üzr istəyirik. Ölkəmizi təmsil edirik, biz də çalışırıq. Əlimizdən gələni edirik ki, haqqımızda xoş fikirlər səslənsin. İstəməzdik ki, azarkeşlər bizim haqda pis fikirləşsinlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təəssüf ki, bu gün belə alındı".

 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB