TOP 10

Macarıstan Uelsə də qalib gəldi, Türkiyə İslandiyaya uduzdu

Dünya Futbolu
Tarix: 2019-06-12 00:55

Bu gün futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 4-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə 13 qarşılaşma baş tutub.


E qrupunda mübarizə aparan Azərbaycan millisi Slovakiya ilə qarşılaşıb və ağır məğlubiyyətlə üzləşib. Qrupun digər matçında isə Macarıstan Uelsi qəbul edib və minimal hesabla üstün olub.


Günün maraqla gözlənilən qarşılaşmasında Türkiyə səfərdə İslandiyanın qonağı olub. 3-cü turda son dünya çempionu Fransanı məğlub edən türklər, H qrupunun vahid lideri idi. Amma “ay-ulduzlular” bu matçda məğlubiyyətlə üzləşiblər. Qrupun digər oyununda Fransa səfərdə Andorranı darmadağın edib. Albaniya isə Moldovadan üstün olub.


J qrupunda İtaliya doğma meydanda Bosniya və Herseqovina üzərində çətin qələbəyə sevinib. Finlandiya da Lixtenşteynlə səfər oyunundan qalib ayrılıb. Yunanıstan isə gözlənilmədən evdə Ermənistana məğlub olub.


İ qrupunda Belçika evdə Şotlandiyanı, Qazaxıstan San Marinonu darmadağın edib. Rusiya isə Kiprlə oyunda minimal hesabla üstün olub.


AÇ-2020-nin seçmə mərhələsi
11 iyun


C qrupu


Almaniya – Estoniya 8:0
Qol: Roys, 10; 37. Qnabri, 17; 62. Qoretska, 20. İ.Gündoğan, 26-pen. Verner, 79. Sane, 88.


Belarus – Şimali İrlandiya 0:1
Qol: Makneyr, 86.


E qrupu


Azərbaycan – Slovakiya 1:5
Qol: R.Şeydayev, 29 – S.Lobotka, 8. Y.Kuçka, 27. M.Hamşik, 30; 57. D.Hanko, 85.


Macarıstan – Uels 1:0
Qol: Patkai, 81.


H qrupu


İslandiya – Türkiyə 2:1
Qol: Siqurdsson, 21; 31 – D.Tokoz, 40.


Andorra – Fransa 0:4
Qol: Mbappe, 11. Ben Yedder, 30. Toven, 45. Zuma, 60.


Albaniya – Moldova 2:0
Qol: Çikalleşi, 66. Ramadani, 90.


I qrupu


Qazaxıstan – San Marino 4:0
Qol: Kuat, 45. Fedin, 62. Suyumbayev, 65. İslamxan, 79.


Rusiya – Kipr 1:0
Qol: İonov, 38.


Belçika – Şotlandiya 3:0
Qol: Lukaku, 45; 57. De Breyne, 90.


J qrupu


İtaliya – Bosniya və Herseqovina 2:1
Qol: İnsinye, 49. Verratti, 86 – Dzeko, 32.


Yunanıstan – Ermənistan 2:3
Qol: Zeka, 54. Fortunis, 87 – Karapetyan, 8. Qazaryan, 32. Barseqyan, 74.


Lixtenşteyn – Finlandiya 0:2
Qol: Pukki, 37. Kaellman, 57.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB