TOP 10

Ramil Şeydayev: "Pis oynadıq, buna görə də uduzduq"

Futbol
Tarix: 2019-06-12 00:40

"Pis oynadıq, buna görə də uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də, bu, xal qazanmaq üçün bizə yetmədi". Sport24.az  xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

 

Zəif çıxış etdiklərini söyləyən hücumçu çox işləməli olduqlarını bildirib: "Gərək çox işləyək, çox məşq edək. Onda hər şey yaxşı olacaq".

 

Matçda yeganə qolumuza imza atan Ramil paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Orda heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı".

 

Şeydayev klub karyerası ilə bağlı qeyri-müəyyənliyin olduğunu, "Krılya Sovetov"la başa çatan müqaviləsinin uzadıb-uzatmayacağını hələ bilmədiyini söyləyib. 

 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB