TOP 10

Hamşik Bakıda böyük hesabla qalib gələcəklərini gözləmirmiş: "Əsas məsələ 5 qol vurmaq yox, 3 xal qazanmaq idi"

Futbol
Tarix: 2019-06-11 23:59

"Bu, bizim üçün vacib qələbə, qrupda vəziyyətimizi yaxşılaşdırmaq üçün önəmli matç idi. Bu gün 5 qol vurduq və yaxşı oyun göstərdik". Sport24.az xəbər verir ki, bunu Slovakiya millisinin kapitanı Marek Hamşik AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını Bakıda 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Təcrübəli yarımmüdafiəçi belə hesabla qalib gələcəklərini gözləmədiyini bildirib: "Ən vacib məsələ çoxlu qol vurmaq yox, 3 xal qazanmaq idi. 1:0 hesabı ilə udsaq da, 3 xal qazanacaqdıq. Amma bu gün yaxşı qollar vuraraq, həm 3 xal qazandıq, həm də meydanda yaxşı oyun göstərdik. Buna görə də məmnunuq".

 

Qeyd edək ki, Hamşik komandasının qollarından 2-nin müəllifi olub. 

 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB