TOP 10

Hapal yenidən Bakıda oynamaq istəyir: "Azərbaycan millisinə imkan vermədik"

Futbol
Tarix: 2019-06-11 22:17

"İlk dəqiqələr əla oynadıq. Qol buraxmağımıza baxmayaraq, yaxşı şanslar qazandıq. Matçı 5 qolla tamamladıq. Hər şeydən razıyam". Sport24.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanı 5:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan zəif komanda deyil: "Biz yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. İordaniya ilə yoxlama matçında da əsas oyunçular istirahət etmişdi. Onlar bundan yaxşı istifadə etdilər".

 

Hapal kapitan Marek Hamşikin çıxışını yüksək qiymətləndirib: "Ona görə çox sevinirəm. Yaxşı oyununa görə təbrik edirəm. Biz eyni gündə anadan olmuşuq".

 

Baş məşqçi Avropa çempionatına vəsiqə qazanacaqları təqdirdə yenidən Bakıya gəlmək istədiyini bildirib: "Qazanılan 3 xalla yanaşı vurulan və buraxılan qollar da önəmlidir. Bakı gözəl şəhərdir. Gözəl stadionunuzda yenidən oynamaq istərdik".

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB