TOP 10

AÇ-2020 üçün könüllülük proqramına qeydiyyat başlandı

Futbol
Tarix: 2019-06-11 18:16

AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də 1/4 final mərhələsi qarşılaşmasının (4 iyul) təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq. Sport24.az xəbər verir ki, bununla əlaqədar iyunun 11-də AÇ-2020 Könüllülər Mərkəzində Avropa Çempionatının Bakı şəhəri üzrə Könüllülər proqramının təqdimatı keçirilib.

 

Təqdimatda Könüllülər Proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin sentyabr ayında müsahibəyə dəvət ediləcək.

 

Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir. Qeydiyyatla bağlı suallarınızı volunteer@affa.az email ünvanına göndərə bilərsiniz.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB