TOP 10

“Çelsi”dən “Torino”ya 10 milyonluq transfer

Dünya Futbolu
Tarix: 2019-06-11 16:38

İtaliyanın “Torino” klubu heyətini yeni futbolçuyla gücləndirib. Sport24.az xəbər verir ki, Turin təmsilçisi “Çelsi”nin futbolçusu Ola Aynanı transfer edib. 

 

Bu barədə “Torino” klubunun prezidenti Urbano Kayro yerli mətbuata açıqlamasında bildirib. Kayro, Aynanı 10 milyon avro qarşılığında transfer etdiklərini açıqlayıb.

 

“Çelsi”nin yetirməsi olan Ayna, 2018-ci ilin yayında “Torino”ya 1 illik icarəyə verilmişdi. 22 yaşlı nigeriyalı sağ cinah müdafiəçisi geridə qalan mövsümdə İtaliya A Seriyasında 30 oyunda iştirak edib.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB