TOP 10

"İnter"in futbolçusu paytaxtımızdakı istinin problem olmayacağını sayır: "Qələbə qazansaq, Bakı bizim üçün daha da gözəl olacaq"

Futbol
Tarix: 2019-06-11 17:00

"Bakıda havanın isti olacağını gözləyirdik. Düşünürdük ki, çətin şərtlər altında məşq edərək oyuna çıxacağıq. Amma dünənki hazırlıq çox yaxşı keçdi. Fikrimcə, hava şəraiti ilə bağlı hər hansı problem olmayacaq". Sport24.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin futbolçusu Milan Şkrinyar yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

 

Bu gün AVRO-2020-nin seçmə mərhələsində millimizlə keçiriləcək oyun haqda fikirlərini bölüşən Milan "İnter"inin müdafiəçisi matçın asan olmayacağını bildirib: "Azərbaycan yığmasının bir neçə oyununu izləmişik. Bilirik ki, bizi ciddi rəqib gözləyir. Xorvatiya ilə oyunda ilk qolu onlar vurmuşdular. Xorvatlar çətinliklə qələbə qazandılar. Macarıstan isə standart vəziyyətlərin hesabına Azərbaycana qalib gəldi. Buna görə də asan qarşılaşma olmayacaq. Amma bilirik ki, buradan qələbə ilə qayıda bilərik. Çünki bu, bizim üçün çox vacibdi".

 

Milan necə oynamalı haqda da fikirlərini bölüşüb: "Öz oyunumuzu oynamalı, topa nəzarət etməli, erkən qol vurmağa çalışmalıyıq. Çünki qol yubandıqca, rəqib daha çox qapanacaq. Bu isə bizə çətinlik törədəcək".
 

İlk dəfə ölkəmizdə olan Şkrinyar Bakı ilə bağlı təəssüratlarını da açıqlayıb: "Dünən səhər şəhəri gəzdik. Amma yalnız bir hissəsini görə bildik. Bakı həqiqətən gözəl şəhərdir. Açığı, bu dərəcədə gözləmirdim. Qələbə qazansaq, şəhər bizim üçün daha da gözəl olacaq".
 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

 
19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB