TOP 10

AFFA-nın layihəsi Tovuzda

Futbol
Tarix: 2019-06-11 15:48

İyunun 10-da Tovuz şəhər stadionunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz rayonundan seçilmiş millət vəkili Qənirə Paşayeva, millət vəkili Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak edib.  

 

Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihədə iştirak edən uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.  

 

Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB