TOP 10

"Azarkeşlərdən xahiş edərdim ki, bu məqama həssas yanaşaraq gəlib stadionda millimizi dəstəkləsinlər"

Futbol
Tarix: 2019-06-11 15:40

"Millimizin məğlubiyyətinə üzüldüm. Evdə çıxış edirdik, təəssüf ki, uduzduq. Ancaq futbolda belə nəticələr olur. Millimizin bütün futbolçuları azarkeşləri sevindirmək istəyir və məsuliyyəti başa düşürlər". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov bildirib.

 

O, AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 1:3 hesabıyla məğlubiyyətdən sonra "Bakcell Arena"da bu dəfə Slovakiya qarşısına çıxacaq millimizin hazırkı çətin anda azarkeş dəstəyinə böyük ehtiyac olduğunu söyləyib: "Azarkeşlərdən xahiş edərdim ki, bu məqama həssas yanaşaraq gəlib stadionda komandamızı dəstəkləsinlər. İndiki məqamda tərəfdarlarımızın dəstəyi bizə çox vacib lazımdı. Əminəm ki, millimizin futbolçuları Slovakiyayla görüşdə bütün Azərbaycan xalqını sevindirmək üçün əllərindən gələni edəcəklər".

 

Yay fasiləsində "Keşlə"yə keçən Ruslan millimizin hazırkı baş məşqçisi Nikola Yurçeviçin dövründə hələ ki dəvət almayıb. Təcrübəli hücumçu sentyabrdakı matçlara dəvət almağı qarşısına məqsəd qoyub: "Bunun reallaşması üçün hər şey edəcəm. Hədəfim budur ki, milliyə qayıdım, yenidən həmin formanı geyinim. Mövsümün sonunda əlimə qoyulan gips artıq açılıb. Bundan sonra reabilitasiya dövrü keçirəm. İyunun 17-də yeni komandamla bir araya gələcəm, tibbi müayinədən keçəcəyik. İyunun 20-dən isə məşqlərə başlayacağıq". 

 

Xatırladaq ki, millimiz cari seçmə mərhələdə sentyabrdakı matçları 6-da səfərdə Uelslə, 9-da evdə Xorvatiya ilə olacaq.

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB