TOP 10

Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

Dünya Futbolu
Tarix: 2019-06-11 15:18

Futbol üzrə UEFA Çempionlar Liqasında yeni mövsümün ilk mərhələsinin püşkü atılıb. Sport24.az qurumun saytına istinadən xəbər verir ki, bu mərhələdə Andorra (“Santa Koloma”), Kosovo (“Feronikeli”), Cəbəllütariq (“Linkoln”) və San Marino (“Tre Penne”) çempionları mübarizə aparacaq. Mini turnirin qalibi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

 

Yarımfinal mərhələsinin oyunları iyunun 25-də, final matçı isə 28-də keçiriləcək. Turnirin bütün qarşılaşmaları Kosovonun paytaxtı Priştina şəhərindəki “Fadil Vokkri” stadionunda keçiriləcək.

 

Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ” təmsil edəcək.

 

UEFA Çempionlar Liqası
İlkin mərhələ, yarımfinal

 

25 iyun

 

Feronikeli (Kosovo) – Linkoln (Cəbəllütariq)
Tre Penne (San Marino) – Santa Koloma (Andorra)

 

Final

 

28 iyun

 

Feronikeli/Linkoln – Tre Penne/Santa Coloma

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB