TOP 10

“Roma” yeni baş məşqçisini rəsmən açıqladı

Dünya Futbolu
Tarix: 2019-06-11 13:21

İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra portuqaliyalı mütəxəssis Paulo Fonseka çalışdıracaq. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb.


Portuqaliyalı mütəxəssislə müqavilə 2+1 şərti ilə bağlanıb.


Fonseka “Roma”da geridə qalan mövsümün sonunda klubdan ayrılan Klaudio Ranyerini əvəz edib. 46 yaşlı mütəxəssisin son iş yeri isə Donetsk “Şaxtyor”u olub. O, Ukrayna klubunu 2016-cı ildən çalışdırırdı və geridə qalan hər üç mövsümdə bu komandanı həm ölkə çempionu edib, həm də kubok qazandırıb. Fonseka daha öncə Portuqaliyada “Aves”, “Pasuş de Ferreyra”, “Portu” və “Braqa” kimi klublara baş məşqçilik edib. 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB