TOP 10

Tarixi qələbə günündə oynayırıq...

Futbol
Tarix: 2019-06-11 12:00

Azərbaycan millisi tarixində 2-ci dəfə iyunun 11-də matç keçirəcək. Sport24.az xəbər verir ki, bugünkü gündə ilk qarşılaşma millimizin tarixinə qızıl hərflərlə düşüb.

 

Belə ki, yığmamız Serbiya və Çernoqoriya üzərində tarixi qələbəni - 2:1-i məhz məhz 11 iyun tarixində əldə edir. 16 il öcə "Şəfa" stadionunda (hazırkı "ASK Arena) keçirilən həmin qarşılaşmada hesabı 27-ci dəqiqədə rəqibin yarımmüdafiəçisi Branko Boşkoviç açır. Millimiz son dəqiqələrdə əzmakrl nümayiş etdirir. Baş məşqçi Əsgər Abdullayev azarkeşlərin səsləməsindən sonra Zaur Tağızadəni 84-ci dəqiqədə meydana buraxır. Bu sağ cinah yarımmüdafiəçisi hər 2 qolda iştirak edir. Əvvəlcə Qurban Qurbanov 88-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirir. 90+1-ci dəqiqədə isə digər hücumçumuz - Fərrux İsmayılov qələbə topuna imza atır. 

 

Bununla millimiz ilk dəfə seçmə mərhələlərdə bir rəqibə uduzmur. Podqoritsada matça 2:2 hesabıyla nəticələnmişdi. Bakıdakı məğlubiyyət rəqibin tanınmış baş məşqçisi, hazırda Çernoqoriya Futbol Fedrtasiyasının prezidenti olan Deyan Stankoviçin istefa verməsiylə nəticələnir. 

 

 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB