TOP 10

İlk qolu vurduğumuz, Vadim Vasilyevin "qan uddurduğu", millimizdən böyük zərbə alan və Türkiyənin tarixi nəticəsinə yol açan

Futbol
Tarix: 2019-06-11 10:18

Azərbaycan millisi 27 illik tarixində Slovakiya yığmasıyla 9-cu dəfə qarşılaşacaq. Sport24.az xəbər verir ki, AVRO-2020 seçmə mərhələsində bugünkü rəqiblə bunadək bütün görüşlərimiz rəsmi xarakter daşıyıb.

 

Bu, daha çox Avropa çempionatının seçmə mərhələsinə təsadüf etsə də, dünya çempionatının seçmə tsikli də olub. Məhz mundiala düşmək mübarizəsindəki Bakıdakı qarşılaşma millimizin ən parlaq qələbələrindən biri olub. Bu haqda az sonra…

 

Hələliksə onu deyək ki, Slovakiyayla matçlarımızda bir sıra maraqlı məqamlar diqqət çəkir. Belə ki, millimiz ilk rəsmi qolunu məhz slovaklara vurub. Özü də səfərdə. Debüt tsiklində qrupdakı rəqiblərdən Rumıniya, Polşa, İsrail, Fransa yığmalarının qapısına yol tapa bilməyən Ağasəlim Mircavadovun yetimələri ekvator xəttinə çatarkən, yəni son rəqibi məyus edir. Düzdür, millimizin kapitanı Nazim Süleymanov penaltidən fərqlənməklə təsəlli qoluna imza atır və darmadağınımız qaçılmaz olmur. 

 

Millimiz bundan sonra slovaklarla 3 görüşdə də nəinki uduzur, bu dəfə qol da vura bilmir. Nəhayət, gəlib çatdıq həmin dünya çempionatının seçmə tsiklinə. Bu dəfə bizi Koşitse yox, digər şəhər Trnavada qonaq edən Slovakiya meydanı yenə qalib tərk etsə də, bu dəfə çətinliklə üzləşir. Ümumiyyətlə, bu görüş şən başlayır. Təsadüfi deyil ki, 3-cü dəqiqədə hesab artıq 1:1 idi. Yəni komandalar hərəyə bir dəfə bir-birini məyus etmişdi. Slovakiya artıq 1-ci dəqiqədə hesabı açaraq bəlkə tarixində ən erkən qolunu bizə vurur, biz də ən erkən qollardan birini buraxırıq. Düzdür, bundan cəmi 2 dəqiqə sonra hücumçumuz Vadim Vasilyevin sayəsində tarazlığı bərpa edə bilirik. Bu da rəsmi matçlarda vurduğumuz ən erkən qollardan olur. Ancaq 10-cu dəqiqədə həmin slovak forvard Szilend Nemet dublunu rəsmiləşdirərək millisini hesabda yenidən irəli çıxarır. İkinci hissədə daha bir top buraxaraq uduzan millimiz bu görüşü azlıqda başa vurmalı olur. Belə ki, kiprli baş hakim Kostas Kapitanis Emin Ağayevə 25 dəqiqəyə (53-cü və 78-ci dəqiqələrdə) 2 sarı vərəqə göstərərək, müdafiəçimizi meydandan qovur.

 

Həmin Vasilyev slovaklara Bakıda "qan uddurur". Belə ki, o, əvvəlcə matçda hesabı açır, sonra isə məhsuldar ötürməylə Zaur Tağızadənin fərqlənməsinə şərait yaradır. Yeri gəlmişkən, Vadim fərqlənəndə qol ötürməsi məhz Zaurdan gəlir. Sözsüz ki, oyunun əsas qəhrəmanlarından biri qapıçımız Cahangir Həsənzadə idi. Onun möhtəşəm qurtarışları rəqibin qələbə arzusunun üstündən xətt çəkir. Yazıdakı foto həmin matçda meydana çıxan komandanındı. Budəfəki görüşün də iyunun ilk yarısına təsadüf etməsi diqqət çəkir. Sadəcə, indikindən 5 gün əvvələ.

 

Beləliklə, İqor Ponomaryovun yetirmələri səfərdəki məğlubiyyətin əvəzini artıqlamasıyla çıxır. Yəni avrokubok dueli olsaydı, komandamız səfər qoluna görə qalib olacaqdı. Slovakiyaya bu məğlubiyyət baha başa gəlir. Belə ki, adıçəkilən milli həmin vaxt 2002-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdən idi. Qrunun aşkar favoriti İsveç idisə, 2-ci yer uğrunda Türkiyə ilə Slovakiya arasında gərgin mübarizə gedirdi. Millimiz çoxlarının gözləmədiyi halda slovakları büdrətdi və nəticədə qardaş ölkənin təmsilçisinin final mərhələsinə yollanmaq şansını artırdı.

 

Sonda elə də oldu. Bakıdakı məğlubiyyət slovakları qrupda saxladı. Şenol Günəşin baş məşqçisi olduğu Türkiyə yığması isə Yaponiyia və Cənubi Koreyada keçirilən həmin dünya çempionatında tarixində ən böyük uğuruna imza atdı. Bu, mundialda 3-cü yeri tutaraq bürünc mükafatçı olması idi.

 

Onu da bildirək ki, millimiz bunadək Slovakiyayla hər 3 ev matçını Tofiq Bəhramov adına Resublika stadionunda keçiribsə, bu dəfə “Bakcell Arena”da görüşəcək.

 

 

Azərbaycan və Slovakiya yığmaları arasında matçlar

 

29.03.1995. Koşitse. AVRO-1996-nın seçmə mərhələ matçı. Slovakiya – Azərbaycan - 4:1

Qol: Nazim Süleymanov, 80-pen

Baş məşqçi: Ağasəlim Mircavadov

 

16.08.1995. Trabzon. AVRO-1996-nın seçmə mərhələ matçı. Azərbaycan – Slovakiya - 0:1

Baş məşqçi: Ağasəlim Mircavadov

 

05.09.1998. Koşitse. AVRO-2000-nin seşmə mərhələ matçı. Slovakiya – Azərbaycan - 3:0

Baş məşqçi: Vaqif Sadıqov

 

09.10.1999. Bakı. AVRO-2000-nin seçmə mərhələ matçı. Azərbaycan – Slovakiya - 0:1

Baş məşqçi: Əhməd Ələsgərov

 

28.03.2001. Trnava. DÇ-2002-nin seçmə mərhələ matçı. Slovakiya – Azərbaycan - 3:1

Qol: Vadim Vasilyev, 3

Qırmızı vərəqə: Emin Ağayev, 78 (2-ci sarı)

 

06.06.2001. Bakı. DÇ-2002-nin seçmə mərhələ matçı. Azərbaycan – Slovakiya - 2:0

Qollar: Vadim Vasilyev, 27, Zaur Tağızadə, 65

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB